EN

Şahramanyan açıqladı: Vardanyan Araiki istefa verməyə qoymurmuş

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Araik Arutyunyan bir neçə dəfə istefa vermək niyyətində olduğunu bildirib. Siyasi sahəmizdəki nümayəndələrin, o cümlədən keçmiş prezidentlərin və Ruben Vardanyanın uzun müddət onu belə bir addım atmamağa inandırmağa çalışdıqlarının şahidi olmuşam”. 

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bunu Qarabağda ləğv olunmuş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan deyib.

Onun sözlərinə görə, Araik Arutyunyan istefa vermək istəməyini ən azı beş-altı nəfərlə müzakirə edib: “Bu, o dövrdə çox güman ki, düzgün deyildi. Harutyunyan istefa verməli olduğu məsələsini “Artsax”ı bu vəziyyətdən çıxaracaq tədbirlər görmək üçün resurslarının olmadığını deyərək əsaslandırdı”.

Qeyd edək ki, bu ilin əvvəlində Bakı Hərbi Məhkəməsində Araik Arutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
50
globalinfo.az

10Sources