EN

Türkmənistan enerji sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişafını dəstəkləyir - Nökərqulu Ataquliyev

Bakı. Trend:

Türkmənistan dünya bazarlarına etibarlı, sabit vəşaxələndirilmiş enerji resurslarının çatdırılmasını təmin etməyəyönəlmiş beynəlxalq əməkdaşlığın inkişafını dəstəkləyir.

Trend xəbər verirki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini NökərquluAtaquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzvdövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinciiclasının gedişində etdiyi çıxışda deyib.

“Biz həmçinin birgə enerji layihələrinin həyata keçirilməsinə,infrastrukturun inkişafına və enerji bazarlarının əlaqəliliyiningücləndirilməsinə böyük önəm veririk. Bununla yanaşı,istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarınınəzərə almaq vacibdir – bu prinsip Türkmənistanın energetikasiyasətinin əsasını təşkil edir”, – deyə o bildirib.

Ataquliyev qeyd edib ki, Türkmənistan hazırda bir sıra Türkdövlətləri ilə qaz və enerji sahələrində fəal əməkdaşlıq aparır vəbu əlaqələri genişləndirməyə hazırdır.

“Birgə layihələr iqtisadi əlaqələrin möhkəmləndirilməsinə vəregional, həmçinin regionlararası enerji təhlükəsizliyinin təminolunmasına töhfə verir”, – deyə o vurğulayıb.

Məqalədə:
Chosen
61
1
az.trend.az

2Sources