EN

Abdin Fərzəliyevin qudası xanım sahibkara hədə-qorxu gəlir? - “Səni yer üzündən silərəm” (VİDEO)

Bakıda sahibkar qadın çarəsiz qaldığını deyərək aidiyyəti qurumlara və Birinci vitse-prezident Mehriban Əliyeva-ya müraciət edib.

Paytaxt.org bildirir ki, “Real Azərbaycan”ın məlumatına görə, sahibkar İlhamə Məmmədova paylaşdığı video-müraciətdə bildirir ki, o, bir obyektə böyük məbləğdə yatırım edib, lakin sonradan ciddi problemlərlə üzləşdiyini iddia edir.

Onun sözlərinə görə: - Mənzilini sataraq 125 min manat investisiya qoyub - Fəaliyyətə başladıqdan bir müddət sonra obyektlə bağlı şərtlər dəyişdirilib - Qarşı tərəfdən təzyiq və hədə-qorxu ilə üzləşdiyini bildirir Şikayətçi iddia edir ki, obyekti idarə edən şəxs - Rövşən Bayramov tərəfindən ona qarşı sərt ifadələr işlədilib və hüquqlarının pozulduğunu düşünür.

Eyni zamanda müraciətdə Abdin Fərzəliyev adı da çəkilir. Lakin qeyd edək ki, səsləndirilən bütün fikirlər şikayətçinin şəxsi iddialarıdır.

Sahibkar qadın müraciətində ədalətin bərpa olunmasını və problemin araşdırılmasını xahiş edir.

Qeyd: Yazıda yer alan iddialar qarşı tərəfin mövqeyi olmadan təqdim olunur. Adı çəkilən şəxslərin də açıqlamasını dərc etməyə hazırıq.

Chosen
14
1
paytaxt.org

2Sources