EN

Putinin dil çıxışı Avropanı silkələyir Video

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin bir neçə il öncə ana dili ilə bağlı çıxışı dünyanın bir sıra ölkəsində hələ də istinad edilməkdədir.

Axar.az xəbər verir ki, Putin 2024-cü ildə Moskvada keçirilən “Rossiya zovyot!” (“Russia Calling!”) XV İnvestisiya Forumunda çıxışı zamanı ona ingilis dilində sual verən alman jurnalistə iradlarını bildirmişdi:

“Siz Almaniya Federatif Respublikasını təmsil edirsiniz, alman dilində danışın. Niyə sualı mənə ingilis dilində verirsiniz?”

Həmin brifinqdə Putin dostu, Almaniyanın keçmiş kansleri Herhard Şröderin ad günü mərasimini xatırlatmışdı:

“Bilirsiniz ki, mən bir dəfə Hannover şəhərində cənab Şröderin ad günündə olmuşam. Orada hamı ingilis dilində danışırdı. Hətta Hannoverin qızlardan ibarət xor ansamblı ingilis dilində oxuyurdu. Utancvericidir. Başa düşürsünüz, məsələ budur. Suverenliyin səviyyəsi daxildə olmalıdır, hər şey ordan başlayır”.

Putinin bu sözləri ana dilinin dövlətin və insanın müstəqilliyinin əsas faktoru olması baxımından xüsusilə önəmlidir.

Xatırladaq ki, suverenliyin ana dili ilə bağlı olduğunu deyən Vladimir Putin dəfələrlə MDB respublikalarında rus dilinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Sanki bununla MDB ölkələrinin suverenliyini qəbul etmək istəmədiyini nümayiş etdirib. Hətta 2024-cü ilin noyabrında çıxışlarının birində Vladimir Putin Qazaxıstanın rusdilli ölkə olduğunu demişdi. Bunun ardınca Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev çıxışını qazax dilində edərək, Rusiya prezidentinə mükəmməl cavab vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
axar.az

1Sources