EN

Unudulmuş çamadandan 137 karatlıq almaz çıxdı

Kanadada bank anbarında bir əsrdən artıq müddət unudulmuş çamadanda kral zinət əşyaları kolleksiyası çıxıb. Bu kolleksiyaya məşhur Florensiya almazı da daxildir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, çamadan Avstriya-Macarıstanın son imperatriçası Burbon-Parmalı Zita məxsus olub. 

XX əsrin əvvəllərində müharibədən və siyasi sarsıntılardan qaçan Zita Avropadakı qeyri-sabit vəziyyətdən uzaq olmaq üçün şəxsi zinət əşyaları kolleksiyasının bir hissəsini Kanadada gizlətməyi üstün tutub.

Məlumata görə, anbar 100 ildən çox müddət möhürlü qalıb. Nəhayət, bu anbar Karl fon Habsburq-Lotaringiyalının rəhbərlik etdiyi varisləri tərəfindən açılıb və məlum olub ki, itkin hesab edilən bəzi əşyalar əslində bütün bu müddət ərzində qorunub saxlanılıb.

Yeni tapıntının mərkəzində təxminən 137 karat çəkisi olan solğun sarı rəngli Florensiya almazı yerləşir. Onun tarixi İtaliyadakı Mediçi ailəsinə gedib çıxır. Daha sonra evlilik yolu ilə Habsburqların kolleksiyasının bir hissəsinə çevrilib.

 

Chosen
14
1
unikal.az

2Sources