NATO-nun Baş katibi Mark Rutte gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
“The Wall Street Journal” (WSJ) qəzetinin adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən verdiyi məlumata görə, Ruttenin gələn həftə Trampla görüşəcəyi gözlənilir.
Bu arada, NATO sözçüsü Allison Hart qəzetə verdiyi şərhdə səfəri təsdiqləyib və qeyd edib ki, Ruttenin Vaşinqtona səfəri əvvəlcədən planlaşdırılıb.
Bir gün əvvəl Tramp “The Telegraph” qəzetinə verdiyi müsahibədə ABŞ-ın NATO-dan çıxma ehtimalının “görünməmiş hadisə” olduğunu bildirib: “Mən həmişə bilirdim ki, (NATO) kağız pələngdir və yeri gəlmişkən, (Rusiya Prezidenti Vladimir) Putin də bunu bilir”.
P.Əmircanov
XQ