AZ

KİV: NATO-nun Baş katibi gələn həftə Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək

NATO-nun Baş katibi Mark Rutte gələn həftə Vaşinqtona gedərək prezident Donald Trampla görüşəcək.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

NATO sözçüsü Allison Hart, Ruttenin Vaşinqtona səfərinin çoxdan planlaşdırıldığını bildirib.

Qəzet Ruttenin səfərinin Tramp və köməkçilərinin ABŞ-ın ittifaqda qalıb-qalmaması məsələsini müzakirə etdikləri vaxta təsadüf etdiyini də vurğulayıb.

Məqalədə o da qeyd olunur ki, Tramp müttəfiqlərin ABŞ və İsrailə qoşularaq İrana hücum etməməsindən və Hörmüz boğazını açmaq üçün əməliyyatda iştirak etməməsindən heç də məmnun deyil.

Seçilən
108
6
apa.az

7Mənbələr