EN

Trampın açıqlamalarına Makrondan cavab: “Mədəni deyil”

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın özü və ailəsi haqqında səsləndirdiyi fikirləri tənqid edərək, bu ifadələri "mədəni” hesab etmədiyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, iki günlük rəsmi səfərlə Cənubi Koreyanın paytaxtı Seulda olan Makron mətbuata açıqlamasında həm Yaxın Şərqdəki son vəziyyətə, həm də Trampın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Makron vurğulayıb ki, hazırda diqqət daha ciddi məsələlərə yönəlməlidir:

"Bu gün son dərəcə ciddi mövzulardan danışırıq. Müharibə şəraitində olan insanlar, həyatını itirən mülki şəxslər və bölgədə davam edən qarşıdurmalar gündəmdədir. Bu müharibənin iqtisadiyyatlarımıza təsirlərini müzakirə edirik. Vətəndaşlarımız, o cümlədən amerikalılar da eyni vəziyyəti yaşayır. Yanacaq və qaz qiymətləri artır.”

Trampın özü və həyat yoldaşı Bricit Makron barədə dediklərinə münasibət bildirən Fransa prezidenti əlavə edib: "Eşitdiyim sözlər nə xoşdur, nə də mədəni. Üstəlik, bu cür ifadələr cavab verməyə də layiq deyil.”

Qeyd edək ki, Donald Tramp çıxışı zamanı ABŞ və İsrailin İrana hücumları ilə başlayan gərginliyə toxunaraq, Bricit Makronun həyat yoldaşına pis davrandığını iddia edib və Makronun "hələ də aldığı zərbədən sonra özünə gəlməyə çalışdığını” söyləyib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
azxeber.com

1Sources