EN

ABŞ-dən dərman sənayesində radikal QƏRAR: 100%-lik rüsumlar GƏLİR

ABŞ dərman istehsalını ölkə daxilində artırmaq üçün 100%-lik rüsum tətbiq etməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

ABŞ hökuməti dərman istehsalını ölkə daxilində stimullaşdırmaq məqsədilə idxal olunan dərman vasitələrinə 100%-lik rüsumlar tətbiq etmək niyyətindədir.

Mənbələrin verdiyi məlumata görə, bu tədbir ABŞ administrasiyası ilə razılığa gələ bilməyən əczaçılıq şirkətlərinə qarşı yönəlib.

Rəsmi Vaşinqtonun bu addımı ilə ölkənin dərman təminatı sahəsində xarici asılılığını azaltmağı və yerli istehsalı sürətləndirməyi hədəflədiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
15
interpress.az

1Sources