EN

Taksilərin sığorta müqaviləsinə dair yenilik

Bakı. Trend:

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə sığorta haqqıüzrə dürüstləşdirmə məbləği müəyyənləşib.

Trend-inməlumatına görə, avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədəyanlış məlumat verildikdə dürüstləşdirmə məbləği tətbiqediləcək.

Belə ki, avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri iləsərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədəməlumatın müəyyən edilməsi mümkün olmadıqda, 1.5 əmsalın tətbiqisığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasındahəyata keçiriləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş halda, aşağıdakı şərtlərinhər biri mövcud olduqda avtonəqliyyat vasitəsinin istifadə təyinatıbarədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbətisığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləğitətbiq ediləcək:

  • yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdəbağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;
  • sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığortahadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.

Sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsininistifadə təyinatı barədə yanlış məlumat verilmiş sığortamüqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və yaxitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrədürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyatakeçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsindətətbiq ediləcək.

Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyatvasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsindəavtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməkləhesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmişsığorta haqqı məbləği arasındakı fərqə bərabərdir.

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlışməlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldəedilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlətqurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən edilir.

Növbəti sığorta müqaviləsi bağlananadək sığortalı tərəfindən ikivə daha artıq sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsininistifadə təyinatı barədə yanlış məlumat verilməsi müəyyən edildikdəhər bir müqavilə üzrə hesablanmış sığorta haqqı üzrə dürüstləşdirməməbləği sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsinəcəmlənərək tətbiq olunacaq.

Məqalədə:
Chosen
34
1
az.trend.az

2Sources