EN

İsrail şəhərlərinə RAKET BOMBARDMANI, İranda səfərbərlik DALĞASI

Radikal "Hizbullah" qruplaşması İsrailin şimal hissəsinə təxminən 80 raket atıb. İsrailin "Ynet" portalı məlumat yayıb. Bildirilib ki, bəzi raketlər ələ keçirilib, bir hissəsi açıq ərazidə partlayıb. Qeyd olunub ki, Kiryat-Şmona şəhərində bir neçə raket hədəflərə dəyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirən ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.

İranda ölkə torpaqlarının müdafiəsinə hazır olduqlarını bəyan edən vətəndaşların sayı qısa müddətdə rekord həddə çatıb.
Musavat.com "Tasim"ə istinadən xəbər verir ki, ABŞ və İsrail tərəfindən İranın adalarına və sərhədlərinə qarşı səsləndirilən təhdidlərlə eyni vaxtda başladılan "Canfəda" milli kampaniyasına qoşulanların sayı artıq 6 milyon nəfəri ötüb.

Məlumata görə, ölkənin ərazi bütövlüyünü qorumaq məqsədilə başladılan bu kampaniya cəmi üç gün ərzində geniş kütləvi dəstək qazanıb. Kampaniya çərçivəsində vətəndaşlar həm xüsusi qeydiyyat sistemləri, həm də onlayn platformalar vasitəsilə orduya və müdafiə qüvvələrinə dəstək nümayiş etdirirlər.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu İran və Ermənistan gündəmini deputat Elşad Musayevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Chosen
55
50
musavat.com

10Sources