EN

Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” 3 il fəaliyyətdə

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyinin müharibə veteranlarına və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyətə başlamasının 3 ili tamam olur.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara və şəhid ailələrinə dövlət qayğısının mühüm tərkib hissəsi olan həmin xidmət 2023-cü il aprelin 1-dən fəaliyyət göstərir. “Çağrı mərkəzi” müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən psixoloji yardım və tibbi reabilitasiya xidmətlərinin vahid platformadan koordinasiyası, həmin kateqoriyadan olanlarla proaktiv işin təşkili, onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə yaradılıb.

Fəaliyyət göstərdiyi 3 il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrindən daxil olan ümumilikdə 148 min 971 müraciət cavablandırılıb. Onlardan 28 min 244-ü birbaşa daxil olan zənglər, 120 min 727-si isə proaktiv əlaqələrdir. Bu, Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi və psixoloji xidmətlərin davamlı və sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Birbaşa daxil olan müraciətlərin 9675-i Bakı-Sumqayıt və Şimal bölgəsi, 12 min 240-ı qərb bölgəsi, 124-ü Naxçıvan Muxtar Respublikası, 2221-i Mərkəzi Aran, 3 984-ü isə cənub bölgəsinin payına düşür.

Eyni zamanda, “Çağrı mərkəzi” tərəfindən həyata keçirilən proaktiv zənglərin 43 min 717-si Bakı-Sumqayıt və şimal bölgəsi, 50 min 506-sı qərb bölgəsi, 51-i Naxçıvan Muxtar Respublikası, 9876-sı Mərkəzi Aran, 16 min 577-si isə cənub bölgəsi üzrə qeydə alınıb. Proaktiv zənglər vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrinin ehtiyacları mütəmadi öyrənilir və onlara vaxtında dəstək göstərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
7
azertag.az

8Sources