EN

“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”ni dəstəkləyən təşkilatların sırası genişlənir

Bakı. Trend:

KOB-ların iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakınıntəmin olunması, yaşıl biznes təşəbbüslərini təşviq etmək və busahədə beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Kiçik vəOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə BirgəBəyannamə”yə qoşulan ölkələrin və təşkilatların sayı artmaqda davamedir. Bu günə kimi bəyənnaməyə ümumilikdə 10 ölkə, 27 yerli vəbeynəlxalq təşkilat qoşulub. Bəyannaməyə dair ətraflı məlumatwww.greensme.org saytdayerləşdirilib. İstənilən ölkədə sahibkarlıq və biznes sahəsindəfəaliyyət göstərən dövlət qurumları, beynəlxalq və yerlitəşkilatlar, eləcə də biznes subyektləri Bəyannaməyə qoşulabilərlər.

Həmçinin, 2025-ci ildə bəyannamə barədə xarici ölkələrin, yerlivə beynəlxalq təşkilatların maarifləndirilməsi üçün 10-a yaxıntədbir təşkil olunub. Belə ki, iyulda Bakıda AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdəfəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün,avqustda Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası(SACCI) və İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz BirgəTicarət Palatası (JCC) üçün bəyannaməyə dair təqdimatlar keçirilib.Həmçinin, ötən ilin martında Nyu-Yorkda BMT-nin QadınlarınStatusuna dair 69-cu Komissiyası çərçivəsində “KOB-ların yaşılkeçidi üçün Bakı İqlim Koalisiyası: Qadınların rolununartırılması”, oktyabrda Bakıda keçirilmiş Azərbaycan Halal BiznesForumu (AZHAB Forum) çərçivəsində “Qlobal yaşıl keçiddə KOB-larınrolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlimBəyannaməsi”, noyabrda Belem şəhərində COP30 çərçivəsində“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu”mövzusunda panel müzakirələr və s. təşkil olunub. Eyni zamanda2025-ci ilin iyununda Bakıda keçirilmiş 30-cu Yubiley BeynəlxalqXəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOBİA-nınstendi KOB-ların yaşıl iqtisadiyyata keçidinə və bəyannamənintəşviqinə həsr olunub.

Qeyd edək ki, “KOB-ların yaşıl keçidi üçün Bakı İqlimKoalisiyası üzrə Birgə Bəyannamə” 2024-cü ildə Bakıda keçirilənCOP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülmüş beynəlxalqtəşəbbüsdür. Bu sənəd KOB-lar üçün ilk dəfə olaraq qlobal iqlimhərəkatının yaradılmasını təklif edir. Bəyannaməyə qoşulanölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və mövcudçətinliklərin aradan qaldırılması məqsədilə sahibkarların bilik vəbacarıqlarının artırılması üçün təlim və seminarların təşkili, ənyaxşı təcrübələrin mübadiləsi, eləcə də Yaşıl KOB ResursMərkəzlərinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Chosen
19
7
az.trend.az

8Sources