EN

Beyləqanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Beyləqan rayonunda yol qəzasında 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Xocavənd qəsəbəsində baş verib.

"Hyundai" markalı minik avtomobilinin sürücüsü Xəqani Quliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Anar Rüstəmzadə və Natiq Əliyev xəsarət alıb.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

***

12.48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Quliyev Xəqani Xaliqəddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
27
14
apa.az

10Sources