Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Məlum olub ki, “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, nəticədə sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Sürücü, 1989-cu il təvəllüdlü Quliyev Xəqani Xaliqəddin oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
P.Əmircanov
XQ