EN

ABŞ vətəndaşlarını bu ölkəni də tərk etməyə çağırdı


ABŞ İranyönlü qrupların yaratdığı təhdidlə əlaqədar amerikalıları İraqı dərhal tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Bağdaddakı səfirliyi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Diplomatik missiyanın məlumatına görə, İranla əlaqəli İraq terrorçu qrupları növbəti 24-48 saat ərzində Bağdadın mərkəzində hücumlar həyata keçirə bilərlər.
Amerikalı diplomatlar hesab edirlər ki, bu qruplar ABŞ vətəndaşlarına, ABŞ ilə bağlı müəssisələrə, universitetlərə, diplomatik obyektlərə, enerji infrastrukturlarına, otellərə, hava limanlarına, eləcə də İraq dövlət və mülki obyektlərinə  hücum edə bilərlər.
Nəticədə səfirlik ABŞ vətəndaşlarına dərhal İraqı tərk etməyi tövsiyə edib.
Chosen
35
yeniavaz.com

1Sources