Dünən saat 13 radələrində Sumqayıtda 16 yaşlı qız binadan yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sumqayıtda qeydə alınıb. Şəhər sakini, 2010-cu il təvəllüdlü F. İsayeva yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilən F.İsayevanın vəziyyətinin ağır olduğu bildirilir.
Lent.az-ın məlumatına görə, F.İsayeva bir müddət əvvəl anasını itiribmiş. O, Sumqayıt şəhər 11 saylı orta məktəbin 10-cu sinif şagirdidir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.