EN

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib.

XQ xəbər  verir ki, görüşün məqsədi Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsində təhsil alan dövlət qulluqçuları üçün Azərbaycanda tətbiq olunan müasir idarəetmə texnologiyaları ilə tanışlığın təşkili, dövlət siyasəti və institusional mexanizmlər sahəsində təcrübə mübadiləsinin aparılması olub. 

Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq Azərbaycanın ailə, qadın və uşaq siyasəti istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını diqqətə çatdıran S.Qəhrəmanova bildirib ki, bu addım Azərbaycanda dövlət qadın siyasətinin institusional əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. O qeyd edib ki, sonrakı dövrdə Komitənin fəaliyyət istiqamətləri genişləndirilərək ailə və uşaq məsələlərini də əhatə edib, nəticədə qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi fəaliyyətini davam etdirir.

S.Qəhrəmanova vurğulayıb ki, Komitə tərəfindən gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi, qadınların hüquqlarının müdafiəsi və uşaqların rifahının təmin olunması istiqamətində ardıcıl layihələr və maarifləndirmə tədbirləri həyata keçirilir. O, həmçinin beynəlxalq əməkdaşlığın bu sahədə təcrübə mübadiləsi və yeni təşəbbüslərin formalaşması baxımından xüsusi rol oynadığını qeyd edib.

Görüş çərçivəsində Komitənin Ailə məsələləri, Qadın və gender məsələləri, Uşaq məsələləri, Hüquqi təminat şöbələrinin əməkdaşları təqdimatla çıxış edərək şöbələrin fəaliyyəti, həyata keçirilən layihələr, hüquqi maarifləndirmə tədbirləri, məişət zorakılığı və uşaq hüquqlarına dair məlumat bankının təkmilləşdirilməsi, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi və sosial müdafiə mexanizmləri barədə məlumat veriblər.

Çıxış edən Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov Komitənin fəaliyyətində texnologiya və innovasiyaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, müasir idarəetmə yanaşmalarının effektivliyinin artırılması məqsədilə rəqəmsal həllərdən geniş istifadə olunur, elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir. 

Nümayəndə heyəti Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai həyatda iştirakının artırılması və uşaqların hüquqlarının qorunması istiqamətində görülən işləri və tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib. 

Görüş qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, görüş Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təcrübə proqramı çərçivəsində təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
xalqqazeti.az

2Sources