EN

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

style='margin-bottom:10px;'>

İtaliya futbolunda tarixi uğursuzluqdan sonra köklü dəyişikliklər başlayıb. Ölkənin futbol federasiyasının prezidenti Qabriele Qravina rəsmən istefa verib.

QOL.az xəbər verir ki, "Football Italia" nəşrinin məlumatına görə, DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olan (1:4) İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb. Bu nəticədən sonra bu gün keçirilən fövqəladə iclasda 2018-ci ildən quruma rəhbərlik edən Qravina vəzifəsindən ayrıldığını elan edib.

Xatırladaq ki, Qravinanın rəhbərliyi dövründə milli Avro-2020-nin qalibi olsa da, DÇ-2022 və DÇ-2026-ya vəsiqə qazana bilməyib.

Chosen
24
3
teleqraf.com

5Sources