EN

KİV: İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

"Far.Az" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial media səhifəsində məlumat yayıb.

Martın 31-də İtaliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyununda Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərlə 1:4). İtaliya yığmasının ardıcıl 3 mundialda işitak edə bilməməsi səbəbindən federasiya rəhbəri vəzifəsindən gedib.

Xatırladaq ki, 72 yaşlı Qravina 2018-ci ildən İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışırdı.

Chosen
23
1
far.az

2Sources