AZ

İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib.Bu barədə məşhur insayder Fabritsio Romano sosial media səhifəsində məlumat yayıb.

Martın 31-də İtaliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyununda Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərlə 1:4). İtaliya yığmasının ardıcıl 3 mundialda işitak edə bilməməsi səbəbindən federasiya rəhbəri vəzifəsindən gedib.

Qravina 2018-ci ildən İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışırdı.

Seçilən
1
1
anews.az

2Mənbələr