Moskvada Dağıstan DİN-in keçmiş rəis müavininin yarım milyard rubldan çox əmlakı müsadirə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskva məhkəməsi Baş Prokurorluğun iddiası əsasında Dağıstan Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini Rüfət İsmayılovun əmlakının müsadirə olunması barədə qərar çıxarıb.
Müsadirə edilən əmlakın ümumi dəyəri yarım milyard rubldan (təxminən 10 600 000 manat) çoxdur.
Qeyd olunur ki, sözügedən əmlak qanunsuz yollarla əldə edildiyi üçün dövlət nəfinə keçirilib.
Xuraman Etibarlı
İnterpress.az