EN

Tanınmış vəkil həbs edildi İranda

ain.az bildirir, Bakivaxti portalına istinadən.

İranlı vəkil Nəsrin Sotudə bu gün həbs edilib.

Bakıvaxtı.az «LeMonde.fr»ə istinadən xəbər verir ki, məlumatı onun qızı, insan haqları fəalı Mehraveh Xəndan yayıb.

M.Xəndanın sözlərinə görə, Sotudə ötən gecə evdə tək olduğu vaxt saxlanılıb:"Bir neçə dəqiqə əvvəl öyrəndik ki, anam dünən gecə evdə tək ikən həbs olunub", – o bildirib.

Qızı əlavə edib ki, 2012-ci ildə Avropa Parlamentinin Düşüncə Azadlığı üzrə Saxarov Mükafatına layiq görülmüş, İran hakimiyyəti tərəfindən dəfələrlə həbslərə məruz qalmış Nəsrin Sotudə ailəsi ilə hələlik əlaqə saxlamayıb:"Bizdə heç bir məlumat yoxdur".

Onun sözlərinə görə, Sotudənin evinə gedərkən ailəyə məxsus “notbuk” və telefonlar da daxil olmaqla bir sıra elektron cihazlar müsadirə edilib.

Qeyd edək ki, İran müxalifətinin tanınmış simalarından olan insan haqları fəalı Nəsrin Sotudənin həyat yoldaşı Rza Xəndan 2024-cü ilin dekabrından etibarən həbsdə saxlanılır. Sotudə isə sonuncu dəfə 2023-cü ilin oktyabrında 17 yaşlı Armita Qaravandın mübahisəli şəraitdə ölümü ilə bağlı keçirilən dəfn mərasimində saxlanılmış, iki həftə sonra azadlığa buraxılmışdı.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
bakivaxti.az

1Sources