EN

Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları

Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına 2026-cı ilin Dövlət mükafatlarına təqdim edilən işlərin adları açıqlanıb.

Bu barədə Adalet.az-a Dövlət Mükafatları Komissiyasından məlumat verilib.

Dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilib:

I. Elm və texnologiya sahəsində

1. Adil Qəribov – “Atom-hidrogen energetikasında termo- və radiasion-heterogen proseslər” monoqrafiyası (rus dilində - “Термо- и радиационно-гетерогенные процессы в атомно-водородной энергетике”).

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (optimallaşdırmadan sonra Fizika İnstitutunun tərkibində) təqdim edib.

2. Asəf Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabı (ingilis dilində - “High-Dimensional Regression Analysis and Artificial Intelligence”).

Bakı Mühəndislik Universiteti təqdim edib.

3. Akif Əlizadə, Tələt Kəngərli, Dadaş Hüseynov, Zaur İmrani, Rauf Qardaşov, Amin İsmayılov, Xəyyam Rəhimov, Səyyarə İbadullayeva, Təvəkkül İsgəndərov, Qurban Yetirmişli, Nazim İsmayılov – “Qarabağ və Şərqi Zəngəzur. Təbii Ehtiyatlar Atlası”.

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (optimallaşdırmadan sonra Geologiya İnstitutunun tərkibində) təqdim edib.

4. Bədirxan Əhmədov – “XX əsr Azərbaycan ədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər” (3 cilddə) monoqrafiyası.

Xəzər Universiteti təqdim edib.

5. Camaləddin Aslanov – “Düzaxınlı siyirtmə” ixtirası və onun əsasında elmi nəzəri perspektivliyi sübuta yetirilmiş ixtiranın təkmilləşdirlməsinə dair kompleks elmi tədqiqat.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu təqdim edib.

6. Əsgər Zeynalov – “İrəvan ziyalıları” monoqrafiyası (rus dilində - “Эриванская аристократия”).

Azərbaycan Dillər Universiteti təqdim edib.

7. İlqar Nəzərov, Natiq Cavadov, Məmmədsaleh Əliyev, Soltan Qasımov, Rafiq Hüseynov – Müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması.

Müdafiə Sənayesi Nazirliyinin “İqlim Elmi-İstehsalat Müəssisəsi” təqdim edib.

8. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, Leyla Həmidova – “Azərbaycan dilinin frazeologiya lüğəti”.

Bakı Slavyan Universiteti təqdim edib.

9. Könül Bünyadzadə – “Sufi fenomenologiya” ikicildlik monoqrafiyası.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu təqdim edib.

10. Qəzənfər Paşayev və Orxan İsayev – “İraq-Türkman ədəbiyyatı tarixi” monoqrafiyası.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim edib.

11. Mahirə Hüseynova, Sayalı Sadıqova – “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim edib.

12. Məhəmməd Camalbəyov, Nazim Vəliyev – “Yeni “Diskret-imitasiya modelləşdirmə konsepsiyası”: nasos-quyu-lay sistemlərinin kompüter simulyasiyası ilə neft hasilatının optimallaşdırılması” elmi əsəri.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu təqdim edib.

13. Rahib İmamquluyev – “Qeyri-Səlis Məntiq və Süni İntellekt Əsaslı Adaptiv və İzaholunan İdarəetmə Sistemləri: IoT, 6G və Kibertəhlükəsizlik Tətbiqləri” elmi işlər silsiləsi.

Bakı Biznes Universiteti təqdim edib.

14. Tarix Dostiyev – “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” və “Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyət fenomeni” monoqrafiyaları.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu təqdim edib.

15. Vəfaddin İbayev – “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi təqdim edib.

II. Memarlıq və mədəniyyət sahəsində

16. Eldar Mikayılzadə – Xalça sənəti sahəsində fəaliyyətinə, xalçaçı rəssam kimi son illərdə yaratdığı əsərlərinə görə (“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixi).

Mədəniyyət Nazirliyi təqdim edib.

17. Musa İsmayılov (Mərcanlı) – Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə əsərlər: “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən”, “Şuşa. Zirvədən uca”.

Bakı Dövlət Universiteti təqdim edib.

18. Sakit Məmmədov – “Heydər Əliyev və multikultural dəyərlər” silsilə əsərləri.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təqdim edib.

19. Siyavuş Kərimi – “Nəsimi” operası.

Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim edib.

20. Yusif Eyvazov – ifaçılıq fəaliyyətinə görə.

Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim edib.

III. Ədəbiyyat sahəsində

21. Kamal Abdulla – “Gizli “Dədə Qorqud” – yeni mənalar axtarışında” kitabı.

Azərbaycan Yazıçılar Birliyi təqdim edib.

Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: [email protected]

Chosen
3
10
bakivaxti.az

10Sources