AZ

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları məlum olub

Bakı. Trend:

Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq,mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına2026-cı ilin Dövlət mükafatlarına təqdim edilən işlərin adlarıaçıqlanıb.

Trend bu barədə DövlətMükafatları Komissiyasına istinadən xəbər verir.

Dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilib:

I. Elm və texnologiya sahəsində

1. Adil Qəribov – “Atom-hidrogenenergetikasında termo- və radiasion-heterogen proseslər”monoqrafiyası (rus dilində - “Термо- и радиационно-гетерогенныепроцессы в атомно-водородной энергетике”).

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləriİnstitutu (optimallaşdırmadan sonra Fizika İnstitutunun tərkibində)təqdim edib.

2. Asəf Hacıyev – “Çoxölçülü reqressiya analizivə süni intellekt” kitabı (ingilis dilində - “High-DimensionalRegression Analysis and Artificial Intelligence”).

Bakı Mühəndislik Universiteti təqdim edib.

3. Akif Əlizadə, Tələt Kəngərli, Dadaş Hüseynov, Zaurİmrani, Rauf Qardaşov, Amin İsmayılov, Xəyyam Rəhimov, Səyyarəİbadullayeva, Təvəkkül İsgəndərov, Qurban Yetirmişli, Nazimİsmayılov – “Qarabağ və Şərqi Zəngəzur. Təbii EhtiyatlarAtlası”.

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizikaİnstitutu (optimallaşdırmadan sonra Geologiya İnstitutununtərkibində) təqdim edib.

4. Bədirxan Əhmədov – “XX əsr Azərbaycanədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər” (3 cilddə)monoqrafiyası.

Xəzər Universiteti təqdim edib.

5. Camaləddin Aslanov – “Düzaxınlı siyirtmə”ixtirası və onun əsasında elmi nəzəri perspektivliyi sübutayetirilmiş ixtiranın təkmilləşdirlməsinə dair kompleks elmitədqiqat.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetininnəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və KimyaElmi-Tədqiqat İnstitutu təqdim edib.

6. Əsgər Zeynalov – “İrəvan ziyalıları”monoqrafiyası (rus dilində - “Эриванская аристократия”).

Azərbaycan Dillər Universiteti təqdim edib.

7. İlqar Nəzərov, Natiq Cavadov, Məmmədsaleh Əliyev,Soltan Qasımov, Rafiq Hüseynov – Müdafiə təyinatlıməmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsindəaparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələriəsasında müasir istehsalat sahələrinin yaradılması.

Müdafiə Sənayesi Nazirliyinin “İqlim Elmi-İstehsalatMüəssisəsi” təqdim edib.

8. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, LeylaHəmidova – “Azərbaycan dilinin frazeologiya lüğəti”.

Bakı Slavyan Universiteti təqdim edib.

9. Könül Bünyadzadə – “Sufi fenomenologiya”ikicildlik monoqrafiyası.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə vəSosiologiya İnstitutu təqdim edib.

10. Qəzənfər Paşayev və Orxan İsayev –“İraq-Türkman ədəbiyyatı tarixi” monoqrafiyası.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəviadına Ədəbiyyat İnstitutu təqdim edib.

11. Mahirə Hüseynova, Sayalı Sadıqova – “HeydərƏliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”monoqrafiyası.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdimedib.

12. Məhəmməd Camalbəyov, Nazim Vəliyev – “Yeni“Diskret-imitasiya modelləşdirmə konsepsiyası”: nasos-quyu-laysistemlərinin kompüter simulyasiyası ilə neft hasilatınınoptimallaşdırılması” elmi əsəri.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin“Neftqazelmitədqiqatlayihə” İnstitutu təqdim edib.

13. Rahib İmamquluyev – “Qeyri-Səlis Məntiq vəSüni İntellekt Əsaslı Adaptiv və İzaholunan İdarəetmə Sistemləri:IoT, 6G və Kibertəhlükəsizlik Tətbiqləri” elmi işlər silsiləsi.

Bakı Biznes Universiteti təqdim edib.

14. Tarix Dostiyev – “Orta əsr Gəncəsinin şirlikeramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” və“Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyətfenomeni” monoqrafiyaları.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya vəAntropologiya İnstitutu təqdim edib.

15. Vəfaddin İbayev – “Suverenliyin Zəfər yolu:reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzitəqdim edib.

II. Memarlıq və mədəniyyət sahəsində

16. Eldar Mikayılzadə – Xalça sənəti sahəsindəfəaliyyətinə, xalçaçı rəssam kimi son illərdə yaratdığı əsərlərinəgörə (“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələrivə “Səmavi dinlər” triptixi).

Mədəniyyət Nazirliyi təqdim edib.

17. Musa İsmayılov (Mərcanlı) – Azərbaycanmədəniyyətinin təbliği ilə bağlı silsilə əsərlər: “Azərbaycan. YeniEra”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş.Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən”,“Şuşa. Zirvədən uca”.

Bakı Dövlət Universiteti təqdim edib.

18. Sakit Məmmədov – “Heydər Əliyev vəmultikultural dəyərlər” silsilə əsərləri.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təqdimedib.

19. Siyavuş Kərimi – “Nəsimi” operası.

Azərbaycan Teatr Xadimləri İttifaqı təqdimedib.

20. Yusif Eyvazov – ifaçılıq fəaliyyətinəgörə.

Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdimedib.

III. Ədəbiyyat sahəsində

21. Kamal Abdulla – “Gizli “Dədə Qorqud” – yenimənalar axtarışında” kitabı.

Azərbaycan Yazıçılar Birliyi təqdim edib.

Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniştanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə vətəşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki,yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Məqalədə:
Seçilən
5
10
az.trend.az

10Mənbələr