EN

Qravina ilə Buffon getdi, Qattuzo isə...

Dünya çempionatının pley-offunun finalında Bosniya və Hersoqovinaya məğlubiyyət, nəticədə ardıcıl 3-cü dəfə turnirin final mərhələsindən kənarda qalmaq İtaliya futbolunda zəlzələ effekti doğurub. Başqa cür də ola bilməzdi; axı “skuadra adzurra” dördqat dünya çempionudu.
Yığmanı hədəfinə çatdıra bilməyən baş məşqçi Cennaro Qattuzonun istefası rəsmiləşməsə da, başqa istefalar var. Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti postundan gedib. Bununla bağlı xəbəri məşhur insayder Fabritsio Romano yayıb. 72 yaşlı Qravina prezident postunu 2018-ci ilin payızında tutmuşdu...
Qravinadan bir neçə saat sonra dünya futbolunun əfsanələrindən biri, İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon da milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsini tərk edib. Onun sosial şəbəkə hesabındakı paylaşımı: “Bosniyaya məğlubiyyətdən dərhal sonra postumdan getmək istədim. Ancaq məndən qərarımı bir daha ölçüb-biçməyi xahiş etdilər. Qvardiola prezident postundan gedəndən sonra haqlı saydığım qərarı verməkdə sərbəstəm. Hədəf İtaliyanın DÇ-yə yollanması idi, bu hədəfə çatmadıq”.
Buffon milli komandanın nümayəndə heyətinin rəhbərini vəzifəsini 2023-cü ildən bəri daşıyırdı.

Chosen
61
1
football-plus.az

2Sources