EN

Bakıda tarixi binaya qarşı VANDALİZM FOTO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadı əvvəlki görünüşünə qaytarılıb.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.Bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər binanın fasadına boya ilə müxtəlif sözlər yazaraq cızma-qara ediblər. Operativ tədbirlər nəticəsində həmin barbarlıq aktının izləri qısa müddətdə silinib və binanın ilkin görünüşü bərpa edilib.Kino Agentliyi xatırladır ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi gözəllik verən tarixi abidələrdən biridir:"Abidələrin qorunması həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikası qanunvericiliyinin tələbidir".

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
bizim.media

2Sources