EN

Azərbaycanlı tələbə xanımlar üçün təqaüd proqramına start verildi

Polşa Azərbaycanlıları Şurası (PAŞ) Polşada ali təhsil alan Azərbaycanlı tələbə xanımlar üçün Akademik Zərifə Əliyeva adına Təqaüd Proqramını elan edib.

Publika.az xəbər verir ki, bu, Polşa Azərbaycanlıları Şurasının həyata keçirdiyi ikinci təqaüd proqramıdır. Şuranın ilk təqaüd təşəbbüsü Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın adına təsisolunmuşdu.

Yeni proqramın Akademik Zərifə Əliyevanın adını daşıması da xüsusi məna kəsb edir. Bu seçim, Azərbaycan elminə, maarifçiliyinə və ziyalılıq ənənəsinə mühüm töhfələr vermiş bir şəxsiyyətinadını yaşatmaqla yanaşı, onun təhsil, peşəkarlıq və cəmiyyətə xidmət dəyərlərini gənc nəsillərarasında təşviq etmək məqsədi daşıyır.

Təqaüd proqramının əsas məqsədi Polşada təhsil alan Azərbaycanlı tələbə xanımların akademikinkişafını, liderlik potensialını, ictimai fəallığını və diaspor iştirakını təşviq etmək, eyni zamandaonların Azərbaycanı xaricdə daha fəal və məsuliyyətli şəkildə təmsil etməsinə dəstək verməkdir.

Təqaüd proqramının müəllifi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, layihə rəhbəri isə Şuranın icraçı direktoru Yusif Məmmədovdur. Layihə Polşadakı Azərbaycan icmasının və iş adamlarının təşəbbüsü ilə həyata keçirilir.

Chosen
1
8
publika.az

9Sources