AZ

Polşada tələbələr üçün Zərifə Əliyeva adına təqaüd proqramı elan olundu

Polşa Azərbaycanlıları Şurası (PAŞ) ölkədə ali təhsil alan azərbaycanlı tələbə xanımlar üçün aprelin 2-də akademik Zərifə Əliyeva adına təqaüd proqramı elan edib.Metbuat.az xəbər verir ki, bu, Polşa Azərbaycanlıları Şurasının həyata keçirdiyi ikinci təqaüd proqramıdır. Şuranın təşəbbüsü ilə ilk təqaüd Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adına təsis olunmuşdu. Yeni proqramın akademik Zərifə Əliyevanın adını daşıması da xüsusi məna kəsb edir. Bu seçim Azərbaycan elminə, maarifçiliyinə və ziyalılıq ənənəsinə mühüm töhfələr vermiş bir şəxsiyyətin adını yaşatmaqla yanaşı, onun təhsil, peşəkarlıq və cəmiyyətə xidmət dəyərlərini gənc nəsillər arasında təşviq etmək məqsədi daşıyır.Təqaüd proqramının əsas məqsədi Polşada təhsil alan azərbaycanlı tələbə xanımların akademik inkişafını, liderlik potensialını, ictimai fəallığını və diaspor iştirakını təşviq etmək, eyni zamanda, onların Azərbaycanı xaricdə daha fəal və məsuliyyətli şəkildə təmsil etməsinə dəstək verməkdir.Təqaüd proqramının müəllifi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, layihə rəhbəri isə Şuranın icraçı direktoru Yusif Məmmədovdur. Layihə Polşadakı Azərbaycan icmasının və iş adamlarının təşəbbüsü ilə həyata keçirilir.Proqrama Polşada ali təhsil alan azərbaycanlı tələbə xanımlar müraciət edə bilərlər. Namizədlər bakalavriat, magistratura və ya doktorantura səviyyəsində təhsil almalı, Polşada yerləşən ali təhsil müəssisəsində ən azı bir akademik semestri bitirməli və minimum 4.0 / 5.0 GPAakademik göstəriciyə malik olmalıdırlar.Seçim zamanı yalnız akademik göstəricilər deyil, həm də namizədlərin ictimai və könüllülük fəaliyyəti, beynəlxalq layihələrdə iştirakı, liderlik və təşəbbüskarlıq bacarıqları, diaspor fəaliyyətinə marağı, eləcə də xarici dil bilikləri və rəsmi dil sertifikatları da nəzərə alınacaq.Təqaüd proqramı dörd mərhələdən ibarət olacaq: onlayn qeydiyyat və ilkin seçim, fiziki test mərhələsi, müsahibə və qaliblərin elan olunması.Müraciətlər aprelin 11-i saat 23:59-dək davam edəcək. Təqaüd proqramının qalibləri isə aprelin 28-də, akademik Zərifə Əliyevanın doğum günündə elan olunacaq.

Qeydiyyat linki: https://forms.gle/S2HJaT6Xs5yZTiCs8

Seçilən
1
8
metbuat.az

9Mənbələr