EN

Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev



1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açan Amid İlhamoğlu Əliyevi 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucaldancanından çox sevdiyi doğma Azərbaycana, hər qarış torpağına lap uşaqlıqdan bəslədiyisonsuz sevgisi olub. Vətənin dar günündə sinəsini ona sipər edib şərəfli ölümü ilə tarix yazıb Amid. Qazanılan parlaq qələbəmizinmərdlik, qəhrəmanlıqsimvolunaçevrilən Vətən sevdalısıcismən aramızda olmasa da, onun adı çəkiləndə xalq qürur hissi keçirdir. Zəfər şəhidiİndi tək Əliyevlər ailəsinin deyil, bütün Azərbaycanın əzizövladıdır.

Həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən Amid 2016-cı ildəÇaylı kənd tamorta məktəbibitirib ordu sıralarına yollanıb. Axı, canına yağı dadanmışodlar yurdu illər idixilaskarərənlərin yolunu gözləyirdi.Amidqeyrətli, mətin oğullarla bərabər cəbhə bölgəsində əlinə silah alıb torpaqların keşiyində durub. Ən böyük arzusu dadüşmən tapdağında qalan əbədi-əzəliyurd yerimiz- Qarabağı azad görmək olub. Həmçininbuyolda canından keçməyi belə özünə şərəf bilib.

Ürəyi Vətəninə sevdalı gəncin nümunəvi xidməti, cəsurluğu, yoldaşlarına sədaqəti qısa müddətdə ona hörmət qazandırıb. Mübarizə meydanındadığaların başını əzmək üçün Amidhəvəslə hərb sənətinə yiyələnib. Komandirlərinverdiyitapşırıqlarıvaxtında, dəqiq yerinə yetirib. Bütün çətin təlimlərdə əla döyüş keyfiyyətlərinümayiş edib və fədakarlığı, mərdliyibir qayda olaraq ona uğur gətirib. Bütün bunlar Amiddə işğal olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşməyə inam yaradıb. Məhz buna görə əsgərlikdənsonrada Azərbaycan Ordusununmüddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi əlindən silahı yerə qoymayıb, Vətənə layiqli övlad olmağı hər şeydən üstün tutub və düşməndən alacağı qisas gününü gözləyib.

Nəhayət,2020-ci il sentyabrın 27-də Amidin arzuladığı gün yetişib.Ermənilər atəşkəsi yenidən pozanda Vətən qeyrətli oğullar yaxşı dərk ediblərki,artıq bunları susdurmaq zamanı çatıb. Həminməqama hazır olanAmidAzərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşa başlayıb. Şiddətli döyüşlərdəgöstərdiyi misilsiz şücaəti əsgərlərdə qələbəyəböyük inam yaradıb. Girdiyi müharibə meydanlarında odlardan, alovlardan keçməklə neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb.Yağıya ciddi itki verməklə qazanılan qələbədən sonraulu torpağın bağrına zəfər bayrağı sancılandasevinci dünyalar qədər olub, növbəti dəfə döyüşə daha da ürəklə atılıb.

Döyüşdən-döyüşəbərkiyənqəhrəman Vətən oğlu Amiddaha sonraCəbrayılda gedən ağırvuruşlardaöndə getməkləerməni dığalarına qan uddurub.Düşməninçoxlu sayda canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxarıb.

2020-ci iloktyabrın1-dəFüzulinin azadlığı uğrundaölüm-dirim savaşı başlanıb. Amid kimiqorxmaz, mərd oğullar hesabınadüşmən ağır məğlubiyyətəuğrayıb. Təəssüf ki, Amiddə buradadüşmən gülləsinə tuş gəlib vəgözlərini yumaraq şəhidlik zirvəsinə yüksəlib. Axıtdığı qanı hesabına30 il əsir düşən Vətən torpağındadaha bir üçrəngli bayrağımız ucaldılıb.

Doğma kəndində müqəddəs bildiyi torpağı qucaqlayanqəhrəman Amid Əliyevölümündən sonraAzərbaycanın ərazi bütövlüyünün uğrundaxüsusi xidmətlərinə və işğal olunmuştorpaqların azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinəgörədövlət başçısının sərəncamlarına əsasən“Vətən uğrunda”,“İgidliyə görə”, Füzulinin vəCəbrayılınazadlığı uğrunda medallarlatəltif edilib.

Torpağı qan bahasınaVətən edən Amid cismən aramızdan gedib. Milyonlarınürəyində özünə yer edən qəhrəmanın ruhuəbədi olaraqazad etdiyi torpaqlarda gəzəcək. Beləcə, gələcək nəsillər Vətəni sevməyi,halal torpağını necə qorumağı ondan öyrənəcəklər.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Chosen
21
baki-xeber.com

1Sources