EN

Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub VİDEO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qaxda məktəbin liseyə çevrilməsi valideynlərin narazılığına səbəb olub.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qax şəhəri Dilarə Əliyeva adına 1 saylı tam orta məktəbin gələn dərs ilindən kimya-biologiya təmayüllü lisey kimi fəaliyyət göstərəcəyi barədə qərar verilib.

Qaxda məktəbin liseyə çevrilməsi narazılığa səbəb olub - VİDEO

Valideynlər isə bu qərarı düzgün hesab etmirlər. Onların sözlərinə görə, belə dəyişikliklər həm təhsil prosesinə, həm də uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Onlar liseyin yaradılmasına qarşı olmasalar da, hazırda həmin məktəbdə oxuyan şagirdlərin yerində qalmasını istəyirlər.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, qərar təhsil müəssisələrinin optimallaşdırılması, resurslardan səmərəli istifadə və tədrisin keyfiyyətinin artırılması məqsədi daşıyır.

Qeyd olunub ki, dəyişikliklərlə bağlı əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
2
oxu.az

3Sources