EN

Hərbçilərimiz Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə gediblər

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

"14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.

Mətləb

Chosen
16
6
sia.az

8Sources