Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.
"14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.
🗓️ 2 Nisan 2026
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) April 2, 2026
📍 Kars
Kardeşlerimiz geldi! 🇹🇷🇦🇿
14’üncü Mekanize Piyade Tugay Komutanlığımızda icra edilecek Haydar Aliyev-2026 Tatbikatı’na katılacak Nahçıvan Müstakil Ordu Komutanlığı birlikleri ülkemize geldi.
5’inci Hudut Tugay Komutanlığı personelimiz, Şehit Astsubay… pic.twitter.com/3jkjOfwykG