EN

"Trabzonspor" "Qalatasaray"la əlaqəni tamamən kəsdi - SƏBƏB

Türkiyə futbolunda iki nəhəng klub arasında gərginlik açıq qarşıdurma mərhələsinə keçib.

Musavat.com xəbər verir ki, Ərtoğrul Doğanın rəhbərlik etdiyi "Trabzonspor" ilə "Qalatasaray" arasında münasibətlər rəsmi şəkildə pozulub.

"Trabzonspor" rəhbəri bildirib ki, klubun izləmə heyətinin yazılı razılaşma əldə etdiyi futbolçu ilə bağlı "Qalatasaray" daha yüksək məbləğ təklif edərək transferi pozub. Onun sözlərinə görə, bu addım əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq atılıb.

Doğan vurğulayıb ki, "Trabzonspor" istəsəydi, daha yüksək təkliflə həmin futbolçunu geri qaytara bilərdi, lakin klub prinsiplərinə sadiq qalaraq bu yola getməyib.

Klub prezidenti əlavə edib ki, "Trabzonspor" münasibətlərini yalnız qarşılıqlı hörmət çərçivəsində qurur və bu prinsipi pozan klublarla əlaqələri dayandırır. Hazırda "Qalatasaray"la münasibətlərin “dondurulmuş” vəziyyətdə olduğu açıqlanıb.

 

Musavat.com

Chosen
39
50
musavat.com

10Sources