ABŞ Prezidenti Donald Tramp xalqa müraciəti zamanı İranla uğursuz müharibəyə görə qəzəbini Avropa siyasətçiləri və NATO-dan çıxararaq onlara qarşı aqressiv ritorikadan istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb.
"O, qəzəbini avropalılardan - müharibə başlamazdan əvvəl hətta xəbərdarlıq etmədiyi tərəfdaşlarından çıxarır", — deyə nəşr qeyd edir.
"Spiegel"in fikrincə, Avropa ölkələri müttəfiqlik münasibətlərini və hər şeydən əvvəl Ukraynaya dəstəyi qoruyub saxlamaq üçün Donald Trampın kəskin bəyanatları və davranışı ilə barışmalı, faktiki olaraq bir-birinin ardınca gələn "tənbehləri" dinləməli olurlar.