Dünən -aprelin 2-də ABŞ-israil tərəfindən İranda Kərəc və Tehran arasındakı strateji körpünün sıradan çıxarılmasına cavab olaraq, İranın "Noor News" xəbər agentliyi potensial hədəflərin siyahısını dərc edib.
Moderator.az bu haqda "Azad İran" telegqram-kanalına istinadla xəbər verir.
"Yaxın Şərq, həmçinn İsraildə 10 strateji körpü, o cümlədən:
İsrailin şimalında Arik körpüsü,
Alnabi körpüsü,
Kral Fəhd körpüsü,
Şeyx Zayed körpüsü və s."- xəbərdə belə deyilir.
İsrailin "Ynet" nəşri də xəbəri təsdiqləyib.
Moderator.az-dan zəruri arayış:
Arik körpüsü (Arik Bridge): İsrailin şimalında, Qaliley dənizinin (Kinneret) şimalında yerləşir və İordaniya çayı üzərindəki əsas keçidlərdən biridir.
Alnabi körpüsü (Kral Hüseyn/Allenbi körpüsü): İordaniya çayı üzərində, İordan çayının qərb sahili ilə İordaniyanı birləşdirən vacib beynəlxalq keçid məntəqəsidir.
Kral Fəhd körpüsü (King Fahd Causeway): Səudiyyə Ərəbistanı və Bəhreyni birləşdirən, Fars körfəzi üzərində yerləşən nəhəng körpü kompleksidir.
Şeyx Zayed körpüsü (Sheikh Zayed Bridge): Birləşmiş Ərəb Əmirliklərinin (Abu Dabi) ən məşhur və memarlıq baxımından əhəmiyyətli körpülərindən biridir.
S.Laçın