EN

İran ABŞ-a məxsus F-35 qırıcısını vurduğunu açıqlayıb

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb...

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.

Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.

İran hərbçiləri ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğunu vurğulayıb. (APA)

Poliqon.info

 

Chosen
27
11
poliqon.info

10Sources