Bu gün Bizon Azərbaycan Kubokunda yarımfinal oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün baş tutacaq.
Əvvəlcə “Turan Tovuz” - “Zirə” görüşü keçiriləcək. Qərb təmsilçisi rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
İkinci cütdə isə kubokun son finalçıları üz-üzə gələcəklər. Titul sahibi “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq. Prinsipial qarşılaşma Rauf Cabarova həvalə olunub.
Qeyd edək ki, tərəflər arasında cavab görüşləri 21-22 aprel tarixlərində keçiriləcək.
Bizon Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
3 aprel
17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov, Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
20:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu, Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.