EN

"Aprel döyüşləri həm də gələcəyin dərsidir"

Yazını böyüt
Yazını kiçilt

Bu döyüşlər İkinci Qarabağ müharibəsi Zəfərinin ilkin mərhələsi idi”

“2016-cı ilin aprelində baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmaq niyyətində deyil. Cəmi 4 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu strateji yüksəklikləri və bir sıra yaşayış məntəqələrini azad edərək illərlə davam edən status-kvonu dəyişdi. Bu həm də beynəlxalq ictimaiyyətə “münaqişə dondurulmuş deyil, ədalətli həllini gözləyir” mesaj idi”.

Bunu Hafta.az-a Aprel döyüşlərinin ildönümü ilə bağlı danışan Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirb.

K.İsmayılova qeyd edib ki, Aprel döyüşləri həm də Azərbaycan Ordusunun peşəkarlığını, texniki imkanlarını və döyüş ruhunu nümayiş etdirmiş oldu:

“Müasir silahlanma, düzgün planlaşdırma və yüksək vətənpərvərlik hissi qısa müddətdə mühüm nəticələrin əldə olunmasına şərait yaratdı. Bu döyüşlər zamanı şəhid olan qəhrəmanlarımız isə öz canları bahasına Vətən torpaqlarının müdafiəsinin ən ali nümunəsini göstərdilər.

Bu hadisələr cəmiyyətin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaratdı. Xalq-ordu birliyi daha da möhkəmləndi, milli həmrəylik gücləndi. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna inanır və onun arxasında dayanır. Məhz bu birlik sonrakı illərdə əldə olunan böyük uğurların əsasını qoydu. Tarixi baxımdan Aprel döyüşlərini 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi Zəfərinin ilkin mərhələsi kimi qiymətləndirmək olar”.

2016-cı ildə əldə olunan hərbi və psixoloji üstünlüyün 2020-ci ildə tammiqyaslı qələbənin reallaşmasına zəmin yaratdığı I qüyd edən K.İsmayılova bildirdi ki, bu mənada Aprel döyüşləri Azərbaycanın hərbi-siyasi strategiyasının dönüş nöqtəsi oldu:

“Bu gün, 10 il sonra həmin hadisələrə nəzər salarkən bir daha aydın olur ki, Aprel döyüşləri təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyin dərsidir. Bu döyüşlər bizə göstərdi ki, milli birlik, güclü dövlətçilik və peşəkar ordu olduqda qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür. Aprel şəhidlərinin xatirəsi hər zaman ehtiramla yad olunur. Onların qəhrəmanlığı Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq”.

Chosen
47
hafta.az

1Sources