EN

Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə, icbari sığorta müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqının hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.Maraqlıdır, sözügedən addım taksi qiymətlərinin artımına səbəb ola bilər?Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Oxu.Az”a danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bu, yerində verilmiş qərardır.Ekspert vurğulayıb ki, taksi xidmətlərində qiymət artımı olmayacaq:"Taksilərin qiyməti rəqabət nəticəsində formalaşır. Buraya taksilərin sayı, sifarişlərin həcmi və digər amillər daxildir. Sığorta əmsalının artırılması da bu xidmətlərə ciddi təsir etməyəcək. Dediyim kimi, bu, yerində verilən qərardır. Bazar analiz edilib. Taksilər daha intensiv istifadə olunur, buna görə də bu addım atılıb. Baxın, bir var hakim və ya müəllimin şəxsi avtomobili, bir də var taksi kimi istifadə olunan nəqliyyat vasitəsi. Burada risklər fərqlidir. Risklər yüksək olduğuna görə sığorta haqqı da yüksək olmalıdır".Sığorta eksperti Nicat Əlibəyli isə qeyd edib ki, bu addım daha çox sığorta şirkətlərinə fayda verəcək.N.Əlibəyli əlavə edib ki, taksi kimi istifadə olunan avtomobillər daha çox ziyan görür:"Həm taksi sürücüləri, həm də avtomobillər digərləri ilə müqayisədə daha çox ziyan görür. Daha tez köhnəlir və qəza riski yüksək olur. Bu da ciddi problemdir. Sığorta şirkətləri də məcburən həmin zərəri ödəyirlər. Onlar xeyriyyə təşkilatı deyil. Bu qərar şirkətlərin maliyyə dayanıqlığını qorumağa xidmət edir. Aydındır ki, kommersiya məqsədilə istifadə olunan avtomobillər daha çox ziyan görür. Əmsalların artırılması sığorta şirkətləri üçün əlavə motivasiya yaradacaq. Qiymətlərin artımına gəldikdə isə, düşünürəm ki, bu, taksi xidmətlərində ciddi bahalaşmaya səbəb olmayacaq".Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
6
bizim.media

7Sources