EN

SON DƏQİQƏ! İran ABŞ ın daha bir “F 35” qırıcısını vurdu FOTO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.Bizim.media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.İran hərbçiləri ekipaj üzvlərinin katapult etmə ehtimalının aşağı olduğunu vurğulayıb.

 

Xatırladaq ki, daha əvvəl martın 19-da ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi İran atəşi nəticəsində zədələnib və Yaxın Şərqdə təcili eniş edib.

Pentaqon təyyarənin təcili eniş etməsi faktını təsdiqləsə də, F-35-in İran tərəfindən vurulması ilə bağlı heç bir açıqlama verməyib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
3
bizim.media

10Sources