EN

“Quru meyvə” yükünün içərisində narkotik keçirmək istədilər VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Məlumata görə, “qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
26
bizim.media

10Sources