EN

Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma

2026-cı ilin ilk rübün ərzində (Yanvar-Mart) Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsinin məbləği 11 milyard 853 milyon 770 min manat, o cümlədən REPO əməliyyatlarının məbləği 10 milyard 752 milyon 616 min manat təşkil edib.

Bu barədə Marja.az Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında Bakı Fond Birjasında bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 17 milyard 839 milyon 886 min manat, o cümlədən REPO əməliyyatlarının məbləği 16 milyard 711 milyon 194 min manat təşkil etmişdi.

Beləliklə, 2026-cı ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə Bakı Fond Birjasının ticarət dövriyyəsinin həcmi 33,6% azalıb. 

BFB-nin dövriyyəsinin 90,7 %-i, yaxud 10 milyard 752 milyon 616 min manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 35,7 % azdır.

 

 

Chosen
38
1
marja.az

2Sources