EN

AFFA stadionlarla bağlı planlarını açıqlayıb

AFFA-nın Hesabat Konfransında qurumun baş katibi Cahangir Fərəcullayev infrastrukturla bağlı görüləcək işlərə aydınlıq gətirib.

Apasport.az xəbər verir ki, qurum rəsmisi bildirib ki, “Bayıl Arena” cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacaq.

Arenanın yenidən qurulmasından sonra uşaq və gənclər futbolu üçün istifadəsi planlaşdırılır.

O həmçinin qeyd edib ki, “Karvan-Yevlax” öz doğma meydanına qayıdıb. Gəncə və Tovuz şəhərlərində də növbəti mövsümdən etibarən oyunların keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, Ağsu şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması planlaşdırılır. “Liv Bona Dea Arena”da da təmir işləri aparılacaq.

Fərəcullayev əlavə edib ki, infrastruktur layihələri çərçivəsində yeni mərkəzlərin yaradılması da gündəmdədir. Bu addımların Azərbaycan futbolunun inkişafına xidmət etdiyi vurğulanıb.

“Qarabağ” “Sabah”la üz-üzə - YENİLƏNİR

Əvəzedicilər Liqasında fasilə yaranacaq

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə qarşı - YENİLƏNİR

Bu gün AFFA-nın Hesabat Konfransı keçiriləcək

Millimiz təlim-məşq toplanışı keçirəcək

Chosen
25
3
apasport.az

4Sources