EN

Taksilərin icbari sığorta xərcləri artırılır

Taksi minik avtomobilləri üçün mülki məsuliyyətinin icbari sığortasının yeni qaydada necə müəyyənləşəcəyi məlum olub.

Xezerxeber.az-ın xəbərinə görə, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara uyğun olaraq, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşülür.

Sığorta müqaviləsi bağlanarkən qeyd edilən əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, həmin əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.

Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya bu məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunur.

 
Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində isə sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

- Yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda (Bu zaman istisna hal odur ki, sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilmiş sığorta müqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və ya xitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyata keçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsində tətbiq ediləcək);

- sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.

Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyat vasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsində avtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməklə hesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmiş sığorta haqqı məbləği arasındakı fərqə bərabərdir. Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldə edilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlət qurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən ediləcək. Növbəti sığorta müqaviləsi bağlananadək sığortalı tərəfindən iki və daha artıq sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilməsi müəyyən edildikdə hər bir müqavilə üzrə hesablanmış sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsinə cəmlənərək tətbiq olunacaq.

Chosen
16
4
xezerxeber.az

10Sources