EN

Azərbaycan Futzal Federasiyası AFFA-dan ən böyük maliyyə dəstəyi alıb

2025-ci ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ayrılan vəsaitlər açıqlanıb.

SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.

Ümumi məbləğ 2 milyon 825 min 58 manatdır

Ən çox vəsait Azərbaycan Futzal Federasiyasına verilib. Quruma 1 milyon 631 min 458 manat ayrılıb.

Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Ferasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.

Chosen
25
3
sia.az

5Sources