AZ

Azərbaycan Futzal Federasiyası ən böyük maliyyə dəstəyini aldı

AFFA-nın tabeliyində fəaliyyət göstərən qurumlara ayrılan vəsaitlərin həcmi açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, milli assosiasiyanın hesabatına əsasən, 2025-ci ildə federasiyaların, üzvlərin və akademiyaların saxlanılması üçün ümumilikdə 2 milyon 825 min 58 manat vəsait ayrılıb.

Məlumata görə, ən böyük məbləğ Azərbaycan Futzal Federasiyasına yönəldilib. Belə ki, quruma 1 milyon 631 min 458 manat vəsait ayrılıb.

Digər qurumlar üzrə maliyyə bölgüsü də müəyyənləşib. Futbolun İnkişaf Fonduna 384 min manat, Regional Futbol Federasiyaları İB-yə 208 min manat, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min manat ayrılıb.

Bununla yanaşı, Çimərlik Futbol Federasiyası 138 min manat, Azərbaycan Əlillər Futbolu Federasiyası İB 86 min manat, Sahə Futbol Federasiyası 60 min manat vəsait alıb.

Hesabatda qeyd olunub ki, Bakı Futbol Federasiyasına 45 min manat, İctimai Futbol Təşkilatları İB-yə 39 min 600 manat, Tələbə Futbol Federasiyasına 35 min manat, İsgəndər Cavadov adına Akademiyaya isə 18 min manat vəsait ayrılıb.

Seçilən
23
3
90deqiqe.az

5Mənbələr