EN

Pakistanda daha bir terror hücumu: 5 nəfər ölüb, 13 nəfər yaralanıb 

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Bannu bölgəsində bomba yüklü avtomobil polis bölməsinə çırpılıb. Partlayış nəticəsində beş mülki şəxs ölüb, 13 nəfər yaralanıb. Xilasetmə qrupları hadisə yerinə göndərilib.

Vətəninfo.az xəbər verir ki, partlayış polis bölməsinin mühafizə məntəqəsini tamamilə dağıdıb və binanın böyük hissəsinə zərər vurub. Yaxınlıqdakı bir neçə ev də uçub, insanlar dağıntılar altında qalıb.

Qeyd edək ki, Əfqanıstanla sərhəddə yerləşən Xayber Paxtunxva qeyri-sabit bölgədir, tez-tez terror hücumları və “Tahreek-e-Cihad Pakistan” terror təşkilatı ilə toqquşmalar baş verir.

Chosen
65
veteninfo.az

1Sources