EN

Ötən il atmosfer havasına atılmış zərərli maddələrin həcmi azalıb

BAKI, 3 aprel. TELEQRAF

2025-ci ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış zərərli maddələrin həcmi 2024-cü illə müqayisədə 15,4 faiz azalaraq 98,0 min ton təşkil etmişdir. Zərərli maddələrin 41,4 faizini karbohidrogenlər, 22,4 faizini karbon oksidi, 21,2 faizini azot oksidi, 1,2 faizini kükürd anhidridi, 13,8 faizini isə digər zərərli maddələr təşkil etmişdir. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi əsasən sənaye mərkəzlərindən olan Bakı şəhərində 11,0 min ton, Şirvan şəhərində 0,9 min ton azalmış, Mingəçevir şəhərində 1,3 min ton artmış, Sumqayıt şəhərində isə dəyişməmişdir.

Chosen
10
teleqraf.com

1Sources