EN

Premyer Liqada komanda sayı artırıla bilər – Rövşən Nəcəfdən açıqlama

Azərbaycan Premyer Liqasında klub sayının artırılması müzakirə mövzusu ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib. O bildirib ki, bunun üçün əvvəlcə infrastrukturu hazır etmək lazımdır.

AFFA prezidenti bu mövzunun İcraiyyə Komitəsində müzakirə olunacağını deyib:

“Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur”

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparır.

Chosen
21
idmanxeber.az

1Sources